Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
GSMA: Mobil ödənişlər nadir hallarda cinayət məqsədləri üçün istifadə olunur
Beynəlxalq GSMA Operatorlar Assosiasiyası qlobal mobil hesablamalar bazarının vəziyyəti və mobil ödəniş sistemi ilə bağlı risklər haqda hesabatını dərc edib.
Hesabata əsasən, mobil ödəniş və pulköçürmə xidmətləri dünyada populyarlaşır. Belə ki, 89 inkişaf etməkdə olan iqtisadiyyata malik dövlətdə 261mobil pul xidməti fəaliyyət göstərir.
«GSMA»-dan bildirilib ki, mobil ödənişlərin uğuru mobil telefonların geniş yayılması və nağd pulların qəbulu və verilməsi üzrə xidmət göstərən agent şəbəkəsindən asılıdır.
Maliyyə xidmətlərinin əlçatanlığının artımı risklərin əhəmiyyətli artımına səbəb olmayıb və maliyyə sektorunun sabitliyini təhlükə altına qoymayıb. Ekspertlər bildirib ki, mobil ödənişlər nadir hallarda cinayət məqsədləri üçün istifadə olunur və mobil pul sistemlərində əməliyyatları izləmək imkanı riskləri minimallaşdırmağa, milli və qlobal səviyyələrdə pul yuyulması ilə mübarizədə səmərəliliyi yüksəltməyə imkan verir.
Emil Hüseynov
03/09/15 Çap et