Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Kibercinayətkarlar yeni domen adlarına maraq göstərir


Yeni domen adlarının sayının kəskin artması kiberfırıldaqçıların diqqətini cəlb etməyə başlayıb və zərərli proqram təminatı yayan hakerlər üçün əsas hədəfə çevrilib.  

"Blue Coat" şirkətinin hesabatına görə, cinayətkarlar potensial qurbanlara göndərdikləri linklərdə yeni domen adlarından istifadə edirlər.

Bu fırıldaqçılıq üsulu istifadəçinin linkə keçərək kompüterini virusa yoluxdurmasına hesablanıb ki, bu da hakerə potensial qurbanın kompüterindən faydalı məlumat əldə etməyə və ya onun internet aktivliyindən faydalanmağa imkan verir.

On milyonlarla saytın təhlilindən sonra "Blue Coat" mütəxəssisləri tərəfindən cinayətkarların zərərli proqram təminatını gizlətmək üçün daha çox istifadə etdikləri domenlər müəyyənləşdirilib. Onlar arasında ".zip", ".review" və ".country" kimi domenlər yer alıb.  

".london", ".tel" və ".church" ən təhlükəsiz domenlər hesab edilir, -"Payspacemagazine" yazır.




04/09/15    Çap et