Azərbaycandilli vikipediyada bu ay Türkiyəyə həsr edilib
Sentyabr ayı azərbaycandilli vikipediyada “Türkiyə ayı” elan olunub.
“Azərbaycan vikimediaçıları” istifadəçi qrupundan “ICTnews” elektron xəbər xidmətinə verilən məlumata görə, “Türkiyə ayı” –“Mövzulu ay” layihəsinin bir hissəsi kimi Türkiyə haqda məqalələrin yazılması üçün yaradılıb. Bu layihə çərçivəsində mövzu ilə əlaqəli məqalələrin zənginləşdirilməsi də nəzərdə tutulub.
Layihə iştirakçıları
http://az.wikipedia.org/wiki/Vikipediya:Mövzulu_ay/Türkiyə_ayı/Plan səhifəsində nəzərdə tutulan səhifələri, həmçinin həmin səhifədə olmayan, lakin Türkiyə ilə bağlı olan səhifələri yarada və təkmilləşdirə bilərlər.
Qeyd edək ki, layihə “Azərbaycan vikimediaçıları” istifadəçi qrupunun təşəbbüsü ilə həyata keçirilir.
CAHANGİR