Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnternet 2015-ci ilədək Böyük Britaniyada 365 min insanı yeni iş yeri ilə təmin edəcək


Axtarış nəhəngi “Google”-un proqnozuna əsasən, internet yalnız Böyük Britaniyada 5 il ərzində 365 min insanı yeni iş yeri ilə təmin etməyə imkan yaradacaq.

Bu barədə keçən həftənin sonu Mançesterdə keçirilmiş “Telegraph Festival of Business” tədbirində təbrik nitqi ilə çıxış etmiş “Google”-un Şimali və Mərkəzi Avropadakı satış üzrə vitse-prezidenti Filipp Şindler bildirib.

Şindler, həmçinin bildirib ki, mövcud iqtisadi qeyri-sabitliyə baxmayaraq, tənəzzülə uğrayan bir çox müəssisələrdən fərqli olaraq internet-şirkətlər həm ayaq üstə qalmağı bacardılar, həm də müvəffəqiyyətlə inkişaf etməyə davam edirlər.

Filipp Şindler Böyük Britaniyanın “Google” üçün dünyada böyüklüyünə görə ikinci bazar olduğunu təsdiq edib. Qeyd edək ki, böyüklük kimi gəlir ölçüsü və investisiya həcmləri nəzərdə tutulub.




14/09/11    Çap et