Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
2012-ci ildən öz smartfonlarında video izləyən istifadəçilərin sayı 71 faiz artıb
«Ericsson» şirkətinin illik hesabatına əsasən, dünyada televizor və videoməzmun baxışlarının 35 faizi "sorğu üzrə video"nun («video-on-demand», «VoD») payına düşür, istifadəçilər həftədə 6 saat «VOD» əsasında axınlı videoməzmun izləyir.
Məlumata əsasən, 2011-ci illə müqayisədə «VoD» məzmuna sərf olunan vaxt iki dəfədən çox artıb.
İstifadəçilərin 50 faizdən çoxu gündə ən azı bir dəfə "sorğu üzrə video" izləyir ki, bu da 2010-cu illə müqayisədə 20 faiz çoxdur. Hər gün 10 yeniyetmədən 8-i "sorğu üzrə" məzmun izləyir.
Bununla belə, analoq televiziyasının populyarlığı hələ də yüksəkdir. Hər şeydən əvvəl ödənişli məzmun və birbaşa yayıma giriş, həmçinin sosial əhəmiyyəti buna səbəb kimi göstərilir.
2012-ci ildən etibarən öz smartfonlarında video izləyən istifadəçilərin sayı 71 faiz artıb.
«3G» istifadəçiləri ilə müqayisədə «4G» şəbəkə istifadəçiləri videoməzmuna 2,5 dəfə daha çox trafik sərf edirlər.
Emil Hüseynov
04/09/15 Çap et