Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Kasperski Laboratoriyası” uşaqların internetdə təhlükəsizliyinin təmin edilməsi üçün yeni həll təqdim edib
"Kasperski Laboratoriyası" uşaqların internetdə təhlükəsizliyinin təmin edilməsi üçün "Kaspersky Safe Kids" adlanan yeni həll təqdim edib.
"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, yeni məhsul bır sıra əlavə pullu opsiyaları olan pulsuz əlavə proqram kimi təqdim edilir və valideynlərə uşaqlarının virtual həyatını daha yaxşı anlamağa, rəqəmli aləmdə onların qayğısına qalmaqda kömək etmək üçün nəzərdə tutulub.
Proqram "Windows", "Mac", "Android" və "iOS" qurğularında işləyir və valideynlərə uşaqlarının internetdə nə qədər vaxt keçirdikləri, kimlərlə ünsiyyətdə olmaları, harada olduqları haqda məlumatlı olmağa, onların arzuedilməz kontentə çıxışını məhdudlaşdırmağa kömək edir.
Yeni həll uşağın etdikləri zəngləri, ötürdükləri və aldıqları SMS-ləri izləməyə imkan verir.
Bu arada valideyn kiminləsə uşağının ünsiyyətini məhdudlaşdırmaq istəyirsə, sazlamalarda kontakt nömrəsini daxil edə bilər. Bu halda arzuolunmaz şəxslərdən məktub daxil olduqda valideynə bildiriş gəlir.
Bu həldən istifadə etmək üçün "My Kaspersky" portalında qeydiyyatdan keçmək, uşağın profilini yaratmaq və əlavəni yükləmək yetərlidir.
"Kasperski Laboratoriyası"nın ekspertləri əmindirlər ki, uşağın internet şəbəkəsində mühafizəsi sistemli yanaşma tələb edir və texnoloji həllərin istifadəsi ilə yanaşı, valideynlər uşaqlarına rəqəmli təhlükəsizlik qaydalarını öyrətməlidirlər. Eyni zamanda övladları ilə internetdə baş vermiş bütün yaxşı və pis hadisələri müzakirə etməlidirlər.
Aynur Vəliyeva
04/09/15 Çap et