Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycan Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin 59-cu konfransında təmsil olunacaq
Avstriyanın paytaxtı Vyana şəhərində 13 sentyabrda Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) 59-cu konfransı keçiriləcək.
AMEA Radiasiya Problemləri İnstitutundan (RPİ) qeyd edilib ki, iclasda RPİ-nin direktoru, professor Oqtay Səmədov iştirak edəcək.
Qeyd edək ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik BMT-nin ixtisaslaşdırılmış agentliyi olaraq 1957-ci ildə yaradılıb.
Agentlik nüvə texnologiyalarının, atom enerjisinin dinc məqsədlərlə istifadəsi istiqamətində beynəlxalq əıməkdaşlığın genuişləndiirlməsinə xidmət edir.
Həqiqət İSABALAYEVA
05/09/15 Çap et