“Google” Çində “Google Play” mağazasının yerli analoqunu istifadəyə verəcək
ABŞ-ın “Google” şirkəti “Google Play” əlavələr mağazasının yerli analoqunu istifadəyə vermək niyyətindədir.
Bu məqsədlə şirkət artıq payızda Çin hökumətindən xidmətin açılması üçün icazə almağı düşünür.
“Şirkət artıq payızda Çin hökumətindən ölkədə "Google Play” mobil əlavələr mağazasının xüsusi Çin versiyasını istifadəyə vermək üçün icazə almağı planlaşdırır”, - şirkət nümayəndələri bildiriblər.
Qeyd olunur ki, bununla “Google” Çinin internet xidmətləri bazarına qayıtmaq istəyir, -
“Qazeta” yazır.