Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Kompüter virusunun yaradıcısı təqsirini etiraf edib


Kompüter tarixində ən dağıdıcı virusun yaradılmasında ittiham olunan latış Dennis Çalovskis öz günahını etiraf edib.
 
 
"Mən bilirdim, bu iş qeyri-qanunidir" - müqəssir deyib. O, sözügedən virusu daha səmərəli etmiş kompüter kodunun bir hissəsini yazmaqda ittiham olunur. Virus yalnız ABŞ-da ən azı 40 min kompüteri yoluxdurub.
 
 
Prokurorluğun hesablamasına görə, virus nəticəsində dəymiş ümumi ziyan on milyonlarla dollar təşkil edir. Belə böyük məbləğlə əlaqədar müttəhim 67 il müddətinə həbs edilə bilərdi.
 
 
Ancaq Çalovskis istintaqla razılaşıb və indi o, maksimum iki il həbs edilə bilər.
 
 
Emil Hüseynov




05/09/15    Çap et