Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

«Intel» kvant kompüterlərinə investisiya yatırır


«Intel» şirkəti kvant kompüterinin yaradılmasına 50 milyon dollar məbləğində sərmayə yatırmağa hazırlaşır.
 
Niderland tətbiqi tədqiqatlar təşkilatı və Delftski Texnologiya Universitetinin mütəxəssisləri kvant kompüterinin hazırlanması ilə məşğul olacaq. «Intel» şirkəti və tərəfdaşları yaxın on ildə kvant kompüterini yaratmağı planlaşdırır. Niderlanda maliyyə dəstəyindən başqa dünyanın ən böyük çip istehsalçısından mühəndislik dəstəyi ilə təmin olunacaq.
 
Adi kompüterdən fərqli olaraq kvant qurğusunda 0 və 1 qiymətini ala bilən bitlərdən deyil, kubitlərdən istifadə edilir. Perspektivli kompüter kvant mexanikasının qanunları əsasında işləyir və alimlər vurğulayır ki, ənənəvi kompüterlə müqayisədə bir sıra məsələləri daha sürətli icra edir.
 
2015-ci ilin avqustunda «D-Wave Systems» şirkəti yeni «D-Wave 2X» kvant kompüterini təqdim edib və bildirib ki,  kvat qurğusunun məhsuldarlığı adi kompüterin müvafiq göstəricisini 600 dəfə ötür. İndi «D-Wave Systems» şirkəti hazırladığı kvant kompüterlərini satan yeganə şirkətdir. «Google» və «NASA» bu şirkətin müştəriləridir.
 
Emil Hüseynov
 




05/09/15    Çap et