Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Yerli onlayn xidmətlər portalının istifadəçilərinin sayı 185,5 mini ötüb
“Hesab.az” onlayn xidmətlər portalının istifadəçilərinin sayı artıb.
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, portalda qeydiyyatdan keçərək onlayn ödəniş imkanlarından faydalanan istifadəçilərin sayı artıq 185,540 nəfərə çatıb.
“GoldenPay” ödəmə texnologiyaları əsasında çalışan portal vasitəsilə istifadəçilər kommunal ödənişləri, internet provayderlərinin əksəriyyətinin, mobil operatorların, kabel televiziyalarının, həmçinin bir sıra bank kredit ödənişlərini həyata keçirə bilərlər. Bütün tranzaksiyalar real vaxt rejimində aparılır, təhlükəsizliyi tam təmin olunur.
Qeyd edək ki, “Hesab.az” portalında “Şəxsi kabinet” bölməsində qeydiyyatdan keçmiş hər istifadəçi öz ödəmələrinin tarixçəsini apara, bonuslar toplaya və həmin bonuslarla müxtəlif kampaniyalarda iştirak edərək qiymətli hədiyyələr qazana bilərlər.
CAHANGİR
07/09/15 Çap et