Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnterpol əməkdaşları üçün beşgünlük təlim keçirilib


İnterpol beynəlxalq polis təşkilatı kibercinayətkarların təkmil texniki vasitələrdən, kriptovalyutadan (virtual pul) istifadə etdiyi yeni iş şəraiti ilə ayaqlaşmaq üçün səylər göstərir.
 
Təşkilat əməkdaşların təlimatlandırılması məqsədilə beşgünlük treninq keçirib. Təlim zamanı tədris kriptovalyutası buraxılıb və "Silk Road" nümunəsi üzrə narkotik məşğələləri mağazası istifadəyə verilib. Bu, belə didaktik materialların tətbiq edildiyi ilk təlimlərdir.
 
Treninq zamanı İnterpol əməkdaşları qarşısında gizli fəaliyyət göstərən mağazanın aşkar edilməsi və onun işinin dayandırılması vəzifəsi qoyulub. Treninqlərin təşkil edilməsi əməkdaşlara "Tor" şəbəkəsinin texniki infrastrukturundan xəbərdar olmağa, iş üçün lazım olan alətləri öyrənməyə kömək edir.
 
Treninq təşkilatın "Interpol Global Complex for Innovation" (IGCI) bölməsi tərəfindən təşkil edilib, - "Xaker" yazır.




07/09/15    Çap et