Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
ABŞ-da mobil telefonları izləmək məhdudlaşdırılıb
ABŞ-ın Ədliyyə Nazirliyi mobil telefonları izləmək üçün federal xüsusi xidmətlərin imkanlarını məhdudlaşdırıb. Lakin bu qayda fövqəladə hallarda işləmir.
«ICTnews.az» saytı «dni.ru» saytına istinadən yazır ki, ABŞ hakimiyyəti xüsusi xidmət orqanlarının mobil rabitə qurğuları vasitəsilə vətəndaşları izləməsi haqda qərara gəlib. ABŞ-ın Ədliyyə Nazirliyi hüquq-mühafizə orqanları tərəfindən belə nəzarəti qanuni hesab etməyib və ABŞ xüsusi xidmət orqanlarına mobil telefonların yerini izləməyə imkan verən qurğulardan istifadəni qadağan edən məhdudiyyət tətbiq edib.
Ədliyyə Nazirliyindən bildirilib ki, yeni qərara əsasən, indi yalnız müvafiq məhkəmə orderi olduğu halda izləmə mümkündür. "İndi hüquq-mühafizə orqanlarının nümayəndələri mobil telefonları izləmək üçün qurğuların istifadəsindən əvvəl xüsusi məhkəmə orderi almalıdır" – nazirlikdən bildirilib.
Ancaq sənəddə, həmçinin qeyd edilib ki, tətbiq edilmiş məhdudiyyət fövqəladə hallarda keçərli deyil.
Emil Hüseynov
07/09/15 Çap et