Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanın turizm potensialının xarici ölkələrdə təbliği ilə bağlı elektron marketinq fəaliyyəti gücləndiriləcək


Azərbaycanın turizm potensialının xarici ölkələrdə təbliği ilə bağlı elektron marketinq fəaliyyəti gücləndiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən qeyd edilib ki, bu məqsədlə nazirlikdə konkret tədbirləri və eləcə də onların keçiriləcəyi ölkələri müəyyən edən illik marketinq planı hazırlanır.
 
Hazırlanan plana əsasən 2016-cı il üzrə iyirmiyə qədər beynəlxalq turizm sərgisində iştirak, xarici media və turizm şirkətlərinin nümayəndələrinin Azərbaycana səfərinin təşkili, sosial şəbəkələrdə təbliğat və reklamı və s. nəzərdə tutulur.
 
Eyni zamanda, növbəti il üzrə “CNN”, “Euronews” və digər dünyaca məşhur televiziya kanallarında, habelə nəşriyyat materiallarında müvafiq reklam məhsullarının yayılması, bir sıra ölkələrin böyük şəhərlərində Azərbaycana həsr edilmiş küçə reklam kampaniyalarının aparılması kimi məsələlər öz əksini tapacaq. Hazırlanan planın xüsusi seqmentlərindən birini də ölkəmizin Almaniya və İran Körfəzi ölkələrində turizm təmsilçiyini həyata keçirən şirkətlərin fəaliyyəti təşkil edir.
 
Qeyd olunan tədbirlərin Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, İspaniya, Polşa, Türkiyə, İran körfəzi ölkələri, Rusiya, Qazaxıstan, Yaponiya, ABŞ və digər ölkələrdə həyata keçirilməsi nəzərdə tutulur.
 
 
Həqiqət İSABALAYEVA




07/09/15    Çap et