Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

30 ildə internet trafikin həcmi 2,7 milyard dəfə yüksəlib


«Cisco» şirkətinin hesabatına əsasən, 1984-cü ildə qlobal internet trafikin həcmi aylıq 15 QB təşkil edib. 2014-cü ilə bir istifadəçinin payına orta hesabla 15 QB düşüb. Başqa sözlə, indi hər bir internet istifadəçisi 30 il əvvəl Ümumdünya Hörümçək Torunun yaratdığından daha çox trafik generasiya edir.
 
 
1984-cü illə müqayisədə 2014-cü ildə internet trafikin həcmi 2,7 milyard dəfə (ötən il aylıq trafikin həcmi 42,4 ekzabayt təşkil edib) yüksəlib. Əgər, məsələn, 2000-ci illə müqayisə etsək, o zaman 2014-cü illə müqayisədə internet trafikin həcmi 564 dəfə daha az olub.
 
 
«Cisco»nun proqnozuna görə, yaxın gələcəkdə internetin artım əmsalları 20 faizdən aşağı düşməyəcək. Bununla belə, mobil şəbəkə seqmentində böyük artım gözlənilir. Həmçinin videooyunların yüklənməsi internet trafikinin artımına nəzərəçarpacaq dərəcədə təsir göstərir və 2019-cu ilə ümumdünya stasionar istifadəçi internet trafikinin 5 faizini təşkil edəcək.
 
 
«Cisco»nun mütəxəssislər komandası trafikin sonrakı artımı zamanı hadisələrin inkişafının müxtəlif variantlarının təhlilinə qərar verib. Nəticə belə olub ki, müəyyən məsələlər üçün 1 Qbit/san keçirtmə qabiliyyəti lazım ola bilər.
 
 
Emil Hüseynov




07/09/15    Çap et