Oyun kompüterləri çoxlu enerji sərf edir
2012-ci ildə oyun fərdi kompüterləri 75 teravatt-saat enerji sərf edib ki, bu da fərdi kompüterlərin sərf etdikləri enerjinin ümumi həcminin 20 faizinə bərabərdir. Bu sayın yalnız 2,5 faizi oyun kompüterləridir. Hazırkı inkişaf tempində bu say 2020-ci ilədək iki dəfə arta bilər.
İldə orta hesabla fərdi kompüter 1400 kilovat-saat enerji işlədir. Bu həcm isə 10 oyun qurğusunun, 6 adi kompüterin və ya 3 soyuducunun sərf etdiyi enerjiyə bərabərdir. Həmçinin oyun həvəskarları bundan iki dəfə artıq enerji sərf edə bilər.
Bildirilir ki, kompüter sənayesi enerji sərfiyyatının üçdə dörd hissəsini azaltmaqla 2020-ci ilədək ildə 18 milyard dollara qənaət edə bilər. Buna etibarlı və məhsuldar enerjiyə qənaətcil komponentlər sayəsində nail olmaq olar. Bu məqsədlə istehsalçılar istehlakçılar arasında maarifləndirmə işi aparmalıdır, -
"Oszone” yazır.