Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Avtomatlaşdırılmış kitabxana sisteminin tətbiqi ilə bağlı növbəti treninqlər təşkil olunur


Regionlarda və Bakı şəhər kitabxanalarında yeni avtomatlaşdırılmış kitabxana sistemi ALİSA proqramının tətbiqi ilə bağlı Milli Kitabxanada mütəmadi olaraq 10 günlük treninqlər təşkil olunur. Treninqlər sentyabr  ayının 17-də başa çatacaq.
 
Ucar, Oğuz, Daşkəsən, Xaçmaz, Zaqatala, Tovuz, Qusar, Astara rayon Mərkəzləşdirilmiş Kitabxana sistemləri və C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının mütəxəssisləri bu treninqdə ALİSA-da işləmək vərdişləri ilə yanaşı, “MARC 21” formatını öyrənəcəklər.
 
 Bu barədə Azərbaycan Milli Kitabxanasından məlumat verilib.
 
 
Qeyd edək ki, “MARC 21” hazırda Avropa ölkələrində, ABŞ və Kanadada daha
geniş tətbiq edilmişdir. M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında
tətbiq edilən VTLS sistemi “MARC 2” formatı ilə işləyir.
 
“MARC” formatından istifadə kitabxana işində ayrı-ayrı əməliyyatların təkrarlanmasını aradan qaldırır və kitabxana ehtiyatlarından daha effektiv istifadə olunmasını təmin edir.
 
 Həmçinin “MARC” formatının tətbiqi kitabxana  əməliyyatlarının idarə olunması zamanı kitabxanaçılara mövcud avtomatlaşdırılmış kitabxana sistemlərindən istifadə etmək imkanı verir.
 
 
Həqiqət İSABALAYEVA




07/09/15    Çap et