Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“DARPA”: “DDoS hücumlardan mövcud mühafizə modernləşmə tələb edir"


ABŞ Müdafiə Nazirliyinin Qabaqcıl Müdafiə Elmi-Tədqiqat İşləmələri Agentliyi (Defence Advanced Research Project Agency - DARPA) sentyabrda hərbi, ümumi və korporativ şəbəkələrin xidmətin göstərilməsindən imtinaya (Distributed Denial of Service, DDoS) yönələn hücumlardan qorumaq üçün nəzərdə tutulan yeni proqram təqdim edəcək.

Yeni mühafizə vasitələrinə tələbat açıq-aydındır. "DDoS" hücumların 2015-ci ilin birinci rübündə sayı ötən ilin analoji dövrü ilə müqayisədə iki dəfə artıb. "Akamai Technologies" şirkəti tərəfindən bu yaxınlarda dərc edilən hesabata görə, hücumlar daha təhlükəli xarakter alıb, onların çoxunun gücü isə 100 Qbit/saniyəni ötməyə başlayıb.

Bununla əlaqədar mövcud mühafizə vasitələrindən fərqli olaraq müxtəlif şəraitlərdə əlavə dayanıqlığı təmin edə bilən yeni fundamental mühafizə üsullarına tələbat artır.

"DARPA"-nın "Extreme DDoS Defense" (XD3) adlanan proqramı cinayətkarlar üçün hədəflərin axtarışını çətinləşdirən fiziki və ya məntiqi resurslar sayəsində "DDoS" hücumların qarşısının alınmasına, xarakteristikaların maskalanmasına və cinayətkarları çaşdırmaq və onları çaşqınlıq vəziyyətinə salmaq məqsədilə resursların fəaliyyətinə, digər mühafizə vasitələrini mühüm serverlərdə adaptiv susdurma texnologiyasından istifadə etməklə keçə bilən hücumların effektivliyinin azaldılmasına yönəlib, - "Computerworld" yazır. 




08/09/15    Çap et