Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
«Alcatel» şirkəti yeni smartfonlarını təqdim edib
«Alcatel OneTouch» şirkəti yeni «Pop Up» və «Pop Star» smartfonlarını təqdim edib. Cihazlar parlaq dizayna malik olsalar da, amma texniki göstəriciləri güclü deyil.
«ICTnews.az» saytı «dailycomm.ru» saytına istinadən yazır ki, «Alcatel OneTouch Pop Star» 5 düymlük «HD» formatlı ekranla təchiz edilmişdir, «MediaTek MT6735P» prosessoru, 16 QB daxili yaddaş və 1 QB əməli yaddaşla təchiz edilib. Əsas kameranın təsvir ölçüsü 8 meqapiksel, ön kamerada isə 5 meqapikseldir. Akkumulyator batareyasının tutumu 2000 milliamper/saat təşkil edir. «MicroSD» çıxarılıb taxılan daşıyıcıları üçün slot mövcuddur.
«Alcatel OneTouch Pop Up» dördnüvəli «Qualcomm Snapdragon 610» çipi, 2 QB əməli yaddaş, 16 QB daxili yaddaş və 13 meqapiksellik arxa kamera ilə təchiz edilib.
Hər iki aparat iki «SİM» kartın quraşdırılmasını dəstəkləyir və «Android 5.0 Lollipop» mobil əməliyyat sistemi ilə işləyir.
Qurğuların satışa çıxarılma tarixi və dəyəri hələ ki bilinmir.
Emil Hüseynov
08/09/15 Çap et