Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
«Firefox» istifadəçiləri təhlükə qarşısındadır
Təhlükəsizlik ekspertləri «Firefox» brauzerinin istifadəçilərini vacib hesabların şifrlərini dəyişdirməyə və internet ödənişlərin edilməsi zamanı ikipilləli identifikasiyadan istifadəyə səsləyiblər.
«ICTnews.az» saytı «payspacemagazine.com» saytına istinadən yazır ki, «Mozilla» şirkətinin bölməsinə («Bugzilla» səhvlərin izlənilməsi sistemi) kiberhücum nəticəsində «Mozilla» brauzerində internet fəaliyyəti təhdid altındadır.
Şirkətin nümayəndəsi bildirib ki, hakerlərin hücum zamanı ələ keçirdikləri informasiya «Firefox» istifadəçilərinə qarşı istifadə edilə bilər.
«Mozilla»dan bildirilib ki, artıq növbəti kiberhücumun neytrallaşdırılması üçün bir sıra addımlar atılıb. Ancaq internet istifadəçilərinin şifr və ya başqa fərdi məlumatlarını ələ keçirmiş fırıldaqçılar onlara zərər vura bilərlər.
Şirkət gələcəkdə belə hücumların qarşısını almaq üçün «Bugzilla»nın təhlükəsizlik təcrübələrini yeniləməyi planlaşdırır.
Emil Hüseynov
08/09/15 Çap et