Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İranla Azərbaycan arasında poçt sahəsində əməkdaşlıq əlaqələri genişlənir
Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə İran Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında bağlanmış anlaşma memorandumundan irəli gələn məsələlərin icrası istiqamətində işlər gücləndirilir.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, memorandum ölkələr arasında poçtun üçüncü ölkələrə tranzitinin həyata keçirilməsini, poçt markalarının birgə buraxılmasını, filateliya sərgilərinin birgə təşkilini, sərhəd rayonlarında keyfiyyətli poçt xidmətlərinin təşkilini, elektron ticarətin poçt vasitəsi ilə təşkili və s. məsələləri əhatə edir.
Hazırda ölkələr arasında Xəzər dənizinin ekologiyası mövzusunda markanın buraxılması məsələsi ilə bağlı danışıqlar aparılır və artıq Azərbaycan tərəfindən markanın eskizi İran tərəfinə təqdim edilib. Digər istiqamətlər üzrə də əməkdaşlıq imkanlarına baxılır.
Aynur Vəliyeva
08/09/15 Çap et