“Elektron hökumət” portalının “Youtube” kanalı e-xidmətlərin əsas təbliğatçısına çevrilib
“Elektron hökumət” portalının “
Youtube” videohostinqindəki kanalının fəaliyyəti daha da genişlənib.
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, artıq kanalda yerləşdirilən elektron xidmətlərlə bağlı videomaterialların sayı 84-ə çatdırılıb.
Hazırda kanala 265 istifadəçi abunə olub.
Qeyd edək ki, sözügedən “Youtube” kanalı ölkəmizdə “Elektron hökumət”in formalaşması istiqamətində görülən və nəzərdə tutulan işlər, layihələr haqda vətəndaşları maarifləndirmək, dövlət strukturlarının göstərdiyi elektron xidmətlərin hər bir vətəndaş üçün açıq olaraq portalda yerləşdirilməsini işıqlandırmaq məqsədi ilə yaradılıb.
CAHANGİR