Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda qeydiyyatda olan radioelektron vasitələrin və radiotezlik istifadəçilərinin sayı açıqlanıb


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsində (DRİ) qeydiyyatda olan radioelektron vasitələrin ümumi sayı 48 276-ya çatıb.
 
İdarədən verilən məlumata görə, təkcə bu ilin yanvar-avqust  ayları ərzində 4911 ədəd radioelektron vasitə DRİ-də qeydiyyata alınıb.
 
Onu da qeyd edək ki, 01 sentyabr 2015-ci il tarixinə Dövlət Radiotezliklər İdarəsində 470 radiotezlik istifadəçisi (müəssisə, idarə, təşkilat və fiziki şəxslər) qeydiyyatdadır. Onlardan 70 istifadəçi dövlət, 329 istifadəçi kommersiya, 31 istifadəçi xarici təşkilat və 40 istifadəçi isə fiziki şəxslərdir.
 
CAHANGİR




08/09/15    Çap et