Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyada təhlükəsizlik sahəsində daha çox mütəxəssisin cəmləşdiyi ölkə hansıdır?


Böyük şirkətlərə kiberhücumların sayı artmaqda davam edir. Cinayətkarlar internet istifadəçilərinin məlumatlarını ələ keçirmək üçün getdikcə müxtəlif texniki vasitələrdən istifadə edirlər.
 
Təhlükəsizlik sistemi tərtibatçıları kiberfırıldaqçılığın qarşısının alınmasına yönələn bütöv ekosistemlər yaradırlar. Dünyada təhlükəsizlik sahəsində daha çox mütəxəssisin cəmləşdiyi bir neçə yer var. Onlar aşağıdakılardır:  
 
“Silikon vadisi”
 
“Silikon vadisi” startap və yeni texnologiyalar üçün mərkəz hesab edilir. Son vaxtlar regionda yeni təhlükəsizlik sistemi provayderləri fəaliyyətə başlayıb, eləcə də kibertəhlükəsizlik sektoruna investisiyalar artıb.  
 
2015-ci ilin birinci rübündə investorlar kibertəhlükəsizliklə məşğul olan startaplara 1,2 milyard dollar yatırıblar. İnvestisiyaların həcmi kəskin artıb. Müqayisə üçün qeyd edək ki, 2013-cü ilin birinci rübündə şirkətlər 771 milyon cəlb edib.
 
İsrail
 
Startap sənayenin inkişafı, yüksək təhlükəsizlik təhdidləri, eləcə də hərbi-kəşfiyyat birləşmələrində böyük təcrübə əldə edən çoxsaylı mütəxəssislər İsraili kibercinayətkarlıqla qlobal mübarizənin iştirakçısına çevirib. Hökumət İsrailin internet fırıldaqçılığı ilə mübarizədə lider ölkəyə çevrilməsi ideyasını dəstəkləyir.
 
Nyu-York
 
Bu şəhər dünyanın maliyyə mərkəzi kimi özünü tanıdıb. Nyu-Yorkda maliyyə sahəsində fəaliyyət göstərən çoxlu bahalı şirkətlər cəmləşib. Bu təşkilatların isə kibermühafizəyə ehtiyacı var.
 
Şəhərdə əməkdaşlarının bank və digər müəssisələrə hücumların qarşısını almağa və nəticələrini minimuma endirməyə hazır olan yeni şirkətlər fəaliyyətə başlayıb.
 
Boston
 
Şəhərdə müasir texnologiyalardan yaxşı xəbərdar olan çoxlu mütəxəssis yaşayır.
 
ABŞ-ın iki böyük ali məktəbinin - Harvard Universitetinin və Massaçusets Texnologiya İnstitutunun Bostonda yerləşməsi onu kibercinayətkarlıqla mübarizə mərkəzinə çevirib.
 
London
 
Böyük Britaniya paytaxtı, demək olar, “Silikon vadisi”nin Avropa versiyasıdır. Ölkə hökuməti internetdə fırıldaqçılıqla mübarizəyə yönələn proqramları dəstəkləyir, - "Payspacemagazine www.payspacemagazine.com” yazır.




08/09/15    Çap et