“LG” ikitərəfli unikal “OLED” displey təqdim edib
Cənubi Koreyanın “LG” şirkəti Almaniyada keçirilən “IFA 2015” sərgisində 111 düymlü S hərfi şəklində displey təqdim edib. Displeyi unikal edən təkcə onun forması deyil.
Onun fərqləndirici cəhəti ekranın 3 ayrıca 65 düymlü “4K UHD OLED” displey bazası əsasında yaradılmasında, iki görünən tərəfə malik olmasında, eləcə də 5,3 mm qalınlıq təşkil etməsindədir. Şirkət displeyi kommersiya məqsədləri üçün deyil, konseptin iş qabiliyyətini sübut etmək, eləcə də rəqiblərə öz uğurunu göstərmək üçün yaradıb.
Qeyd edək ki, “OLED” panellər ənənəvi maye-kristal (LCD) ekranlarla müqayisədə bir sıra üstünlüklərə malikdir. Belə ki, üzvi işıq diodlar işığı müstəqil şəkildə şüalandırır və bununla onun işıqlandırılmasına ehtiyac qalmır. “OLED” displeylər çox nazik olması, çağırışa qısa vaxt kəsiyində cavab verməsi və istehsalının maya dəyərinin yüksək olması ilə xarakterizə olunur,
“Hi-News” yazır.