Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

ABŞ şirkəti 2016-cı ildə “5G” şəbəkə texnologiyasının sınaqlarına başlayacaq


ABŞ-ın ən böyük mobil rabitə operatoru «Verizon" növbəti ildə «5G» texnologiyasının sınaqlarına başlayacaq.
 
 
«ICTnews.az» saytı «gazeta.ru» saytına istinadən yazır ki, beşinci nəsil şəbəkəsində internetə qoşulma sürətinin artımından başqa abunəçinin ehtiyacından asılı olaraq siqnalın istiqamətini dəyişdirə bilən "ağıllı" antenalar tətbiq ediləcək.
 
 
Başqa mühüm özəllik «device-to-device» texnologiyasının reallaşdırılmasıdır: istifadəçilər arasında məsafə az olduqda məlumatları birbaşa ötürmək mümkündür.
 
 
Bundan əvvəl «Nokia» şirkəti «5G» şəbəkə sahəsində işləmələr və tədqiqat üçün «Alcatel-Lucent»i satın alıb.
 
 
Emil Hüseynov




09/09/15    Çap et