Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycan gələn ildən etibarən poçt sahəsində yeni pilot layihəsinin tətbiqinə başlayacaq
Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi gələn ildən etibarən ölkələr arasında poçt mübadiləsində elektron bəyannamələrin istifadəsi ilə bağlı pilot layihənin həyata keçirilməsinə başlayacaq.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, bu layihə hazırda pilot şəklində Kanada, Slovakiya, Belarus kimi ölkələrdə həyata keçirilir. Azərbaycanda pilot layihənin həyata keçirilməsi gələn il nəzərdə tutulur və 2016-cı il ərzində onun kommersiya istifadəsinə verilməsi istisna edilmir.
Qeyd edək ki, Ümumdünya Poçt İttifaqına (ÜPİ) üzv ölkələrdə eyni zamanda qlobal ödəniş sisteminin formalaşması istiqamətində tədbirlər görülür. İlkin mərhələdə sistemin son versiyasına keçid 2017-ci ilədək nəzərdə tutulurdu, lakin sonra sistemin mərhələlər üzrə tətbiqi ilə bağlı qərar qəbul edilib və layihənin keçid versiyasının həyata keçirilməsinin 2026-cı ilədək davam edəcəyi bildirilib.
Son versiyada poçt göndərişlərinə görə qiymətlər hər bir ölkə xərclərini nəzərə alaraq, göndəriş və kiloqram üzrə hər bir ölkənin daxili tariflərinə uyğun hesablanır.
Aynur Vəliyeva
09/09/15 Çap et