Səhiyyə Nazirliyi iki yeni maarifləndirici internet portal təqdim edir
Azərbaycan Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində sentyabrın 11-də iki yeni internet portalının təqdimat mərasimi keçiriləcək.
İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) keçiriləcək təqdimatlar təşkilatın “
www.saglamliq.isim.az” maarifləndirici İnternet səhifəsində yaradılmış “Reproduktiv Sağlamlıq” və “Qeyri-infeksion xəstəliklərə dair Məlumat Portal”larına həsr olunacaq. Təqdimat mərasimində həmin portalların yaradıcıları olan İSİM-in əməkdaşları, beynəlxalq təşkilatların, media nümayəndələrinin iştirakı nəzərdə tutulur.
Tədbir iştirakçıları İSİM tərəfindən BMT-nin Əhali Fondu (UNFPA) ilə əməkdaşlıqda yaradılmış “Reproduktiv Sağlamlıq portalı” və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə birgə təşkil edilmiş “Qeyri-infeksion xəstəliklərə dair Məlumat Portalı” barədə ətraflı məlumat əldə edəcək, “Mənim reproduktiv sağlamlığım” və “Sağlamlığını qiymətləndir” virtual alətlərlə tanış olacaqlar.
Aynur Vəliyeva