Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Şimali Koreya öz plastik kartını təqdim edib


Şimali Koreya ölkə daxilində  işləyəcək öz ödəniş sistemini işə salır. Artıq ölkənin bəzi univermaqlarında yeni plastik kartlarla alış-veriş etmək olar.
 
 
«ICTnews.az» «gazeta.ru» saytına istinadən yazır ki, Şimali Koreyanın Kommersiya Elmləri İnstitutu kartın hazırlanması ilə məşğul olur. Plastik kartların buraxılışı ilə Mərkəzi Bank məşğul olacaq, ancaq plastik kartların formatı tam aydın deyil. Ekspertlər bildirir ki, Mərkəzi Bank fiziki və hüquqi şəxslər üçün kredit kartlarının emitenti kimi çıxış edə bilməz, çünki bunun üçün əlavə infrastruktur və hüquqi baza yaradılmalıdır.
 
 
Hazırda ölkədə dörd plastik kart işləyir: hamısı debet kartlarıdır.
 
 
Emil Hüseynov




09/09/15    Çap et