Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bakıdan Naxçıvana və əks istiqamətdə İran ərazisindən poçtdaşımaları bərpa ediləcək


Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Bakıdan Naxçıvana və əks istiqamətdə İran ərazisindən poçtdaşımalarını bərpa etmək niyyətindədir.
 
"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, son bir neçə il Bakıdan Naxçıvana poçtun daşınması İran üzərindən aparılmırdı, çünki bu, poçtun operativ çatdırılmasına maneə yaradırdı.
 
"Bizim Naxçıvana poçtun çatdırılmasını  İran ərazisindən dayandırmaq qərarımız bu ölkədə Azərbaycana məxsus olan poçt avtomobillərinin sərhəd gömrüyündə açılıb yoxlanılması nəticəsində vaxt itkisi ilə bağlı idi. İran tərəfi Naxçıvana poçtun çatdırılmasında onun daxili poçt xidmətlərindən istifadə etməyi təklif edir, bu isə yenə də bizim maraqlarımıza cavab vermir. Çünki burada biz əlavə maliyyə xərcləri sərf edirik və poçt göndərişlərinin təhlükəsizliyinin təmin edilməsinə cavabdeh ola bilmirik. Bu problemlərin aradan qaldırılması məqsədi ilə  məsələləri ikitərəfli dövlətlərarası komissiyanın növbəti iclasına çıxarmaq niyyətindəyik", - deyə nazirlikdə bildiriblər.
 
Aynur Vəliyeva
 




09/09/15    Çap et