Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2020-ci ilə bükük ekranların tədarükü 180 milyon olacaq


«IHS» analitik agentliyində işləyən ekspertlərin proqnozuna əsasən, 2020-ci ilə bazara tədarük edilən bütün elastik ekranların 50 faizdən çox hissəsi bükülmək  qabiliyyətinə malik olacaq.
 
 
«ICTnews» «dailycomm.ru» saytına istinadən yazır ki, mütəxəssislərin qiymətləndirməsinə əsasən, növbəti beş ildə bükülən ekranların tədarükü ildə orta hesabla 58 faiz artacaq və 2020-ci ilə bazara təxminən 180 milyon belə ekran buraxılacaq.
 
 
«IHS» şirkətinin analitiki Cerri Kanq deyib ki, bükük ekranların çıxarılması əsl inqilab olacaq və innovativ məhsulların yaradılmasına rəvac verəcək. Ekspertlər hesab edirlər ki, artıq növbəti ildə bükülən ekranla təchiz edilmiş ilk qurğular əlçatan olacaq.
 
 
Cənubi Koreyanın «LG» və «Samsung» şirkətləri elastik ekran bazarında pionerdirlər. Bu şirkətlər artıq öz qabaqcıl smartfonlarında bükük «OLED» panellərdən istifadə edirlər.
 
 
Emil Hüseynov
 




09/09/15    Çap et