Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan vergi sistemində informasiya təhlükəsizliyi üzrə beynəlxalq standartın tətbiqinə başlanılıb


Azərbaycan Vergilər Nazirliyində vergi ödəyicilərinə aid məlumatların mühafizəsi, vergi ilə əlaqədar məxfi informasiyanın elektron və digər daşıyıcılarda saxlanılması, həmçinin vergi sisteminin kiberhücumlardan qorunması məqsədilə İSO/İEC 27001:2013 “İnformasiya təhlükəsizliyinin idarəetmə sistemləri” beynəlxalq standartının tətbiqinə başlanılıb.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, Vergilər Nazirliyi bu standarta uyğun fəaliyyət göstərməsinin təsdiqi kimi informasiya sisteminin İSO/İEC 27001:2013 standartına uyğun sertifikatlaşdırılmasına nail olub.
 
Yeni standartın tətbiqi ilə informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində risklərin və ya çatışmazlıqların vaxtında aşkar edilərək aradan qaldırılması, təhlükəsizlik üçün informasiyaların təsnifatlaşdırılması qaydasının və onların əhatə dairəsinin, eləcə də server otaqlarına dair tələblərin müəyyən edilməsi kimi məsələlər də öz həllini tapacaq.

Aynur Vəliyeva
 




09/09/15    Çap et