Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

"Apple" "iPhone 6 S" smartfonunu təqdim etdi (VİDEO)


"Apple" "iPhone 6"-nın eyni dizayn və yeni funksiyalar paketi ilə öz flaqman smartfonunun yenilənmiş versiyasını təqdim etdi. Əsas yenilik " 3D Touch" xüsusiyyətinin olması, menyuları qısa yollarla aktivləşdirmək imkanıdır. "IPhone 6S" "iPhone 6" ilə eyni dizayna malikdir və 4.7 düyümlük ekran ölçüsündədir.

Əlavə olaraq, smartfon yeni rəng çalarında təklif olunur: qızılgül. Əvvəllər  çəhrayı rəng çalarının istifadəsi müzakirə olunsa da, bu reallaşmamışdı.

Bundan başqa, smartfonun istehsalında yeni materiallardan istifadə olunub. Bu, məxsusi olaraq "Apple" üçün nəzərdə tutulan xüsusi yüngül alüminiumdur.

Eyni zamanda, telefonun ekranı indi yeni şüşə ilə əhatə olunur ki, bu, telefonu əyilməyə az meyilli etmək üçün nəzərdə tutulub. "iPhone" sevənlər uzun müddətdir kameranın keyfiyyətinin yaxşılaşdırılmasını səbirsizliklə gözləyirdi. Və bu baş verdi. Belə ki, "iPhone 6S" 12 meqapikselli arxa kamera ilə təchiz edildi. Yeni 64 bit prosessor isə smartfonun işini yüzdə 70 daha sürətli edəcək.

Sentyabrın 25-dən etibarən smartfon  ABŞ-da müqavilə əsasında 199 dollara satışa çıxarılacaq.




10/09/15    Çap et