Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bir ayda elektron arayışlardan istifadə sayı 50 minə yaxın olub


Avqust ayı ərzində “Elektron hökumət” portalının təqdim etdiyi elektron arayışlardan 49886 dəfə istifadə olunub.
 
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən verilən məlumata görə, “Elektron hökumət” portalında cəmi bir ildir yaradılan “Elektron arayışlar” xidməti vasitəsi ilə artıq vətəndaşlar 9 növ arayışı dövlət qurumuna getmədən portaldan asanlıqla əldə edə bilirlər.
 
Hazırda 20-ə yaxın bank və bir neçə kredit təşkilatı bu xidmətdən  faydalanaraq kreditləşmə əməliyyatlarını həyata keçirirlər. Vətəndaşlar  portal üzərindən  e-arayışları formalaşdıraraq banklara və  kredit təşkilatlarına təqdim edərək vaxt itirmədən rahat və şəffaf şəkildə istəklərinə nail olurlar.
 
CAHANGİR
 




10/09/15    Çap et