Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
«Lollipop» versiyası «Android» qurğularının 21 faizinə quraşdırılıb
«Google» korporasiyası «Android» mobil əməliyyat sisteminin bu və ya digər versiyasının populyarlığını xarakterizə edən statistikasını yeniləyib. Ən yeni versiya indi hər beşinci qurğuda istifadə olunur.
«ICTnews.az» saytı «dailycomm.ru» saytına istinadən yazır ki, 2015-ci ilin sentyabrına olan məlumata görə, «Android» platforması ilə işləyən cihazların təxminən 21 faizi «Lollipop» (5.0-5.1) versiyası ilə işləyir.
Smartfon istehsalçıları «Android 5.0 Lollipop» əməliyyat sisteminin populyarlığının artımını təmin edirlər, belə ki, bu sistemi öz elektronika məhsullarında istifadə etməyə başlayıblar. Cari ildə «Android Lollipop» ilə işləyən xeyli smartfon buraxılıb.
«KitKat» (4.4) və «Jelly Bean» (4.1-4.3) versiyaları «Android» elektronika bazarında liderliyini saxlamağa davam edirlər, hər birinin aktivində müvafiq olaraq 39,2 və 31,8 faiz var.
2010-cu ildə buraxılmış «Android Gingerbread» versiyası indiyədək «Android» əsaslı məhsulların 4,1 faizində quraşdırılıb.
2015-ci ilin payızında «Android»in yeni versiyasının («6.0 Marshmallow») çıxarılması gözlənilir. Əməliyyat sistemi öz foto xidmətinə, «Android Pay» ödəmə sistemi, məlumatların ehtiyat köçürülməsi funksiyasına malikdir.
Emil Hüseynov
10/09/15 Çap et