“Amazon” smartfon satışını dayandırıb
ABŞ-ın “Amazon” şirkəti hazırladığı "Fire Phone” smartfon modelinin satışını dayandırdığını açıqlayıb. Bu səbəb kimi qurğuya tələbatın zəif olması göstərilir.
Şirkət nümayəndəsi Mişel Taylersonun “MarketWatch” nəşrinə bildirib ki, modelin bütün ehtiyatları avqustun axırında satılıb və yeni tədarüklər nəzərdə tutulmur. Bununla yanaşı qeyd olunur ki, şirkət qurğu sahiblərinə ciddi dəstək verməkdə davam edəcək.
Bir il əvvəl təqdim edilən “Fire Phone” smartfonunun satışları unikal texnologiyalara, o cümlədən “3D” texnologiyasını dəstəklənməsi və əşyaların və mətnin tanınması sisteminin quraşdırılmasına, eləcə də qiymətin 199 dollardan 0,99 dollaradək aşağı salınmasına (AT&T operatoru ilə ikiiilik abunəçi müqaviləsi imzalanmaqla) baxmayaraq şirkətin gözləntilərini doğrultmayıb, -
"Interfax” yazır.