Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

"Android Pay” ödəniş sistemi ABŞ-da istifadəyə verilib


“Google” şirkəti ABŞ-da “Google I/O 2015” sərgisi çərçivəsində təqdim edilən "Android Pay” ödəniş sistemini istifadəyə verib.  
 
Şirkət nümayəndələrinin bildirdiyinə görə, “Android Pay” artıq 1 milyondan çox nöqtədə işləyir və ən sadə və təhlükəsiz ödəniş sistemidir. Həmçinin sistem kredit, debet və hədiyyə kartını tanıyır, eləcə də xüsusi təklifləri smartfonda göstərir. Bildirilir ki, “Android Pay” servisi tədricən yeni funksiyalarla təchiz ediləcək, həmçinin digər banklar tərəfindən dəstəklənəcək. 
 
Ödəniş sistemindən “Android 4.4” əməliyyat sisteminin idarəetməsi ilə işləyən və “NFC” moduluna malik bütün qurğu sahibləri yararlana bilər. Hazırda yalnız "American Express”, “Visa”, “MasterCard” və “Discover” kartlarını əlavə etmək mümkündür. Bir neçə gün ərzində "Capital One”, “Citi” və “Wells Fargo” kartlarının dəstəklənməsinə başlanacaq. Bu ilin sonunda “Android Pay” sisteminin kənar əlavələrlə işləyə biləcəyi gözlənilir.
 
“Google Wallet” istifadəçilər üçün sistemin dəstəklənməsi əlavənin yenilənməsi vasitəsilə həyata keçiriləcək, digər istifadəçilər proqramı "Play Market” mağazasında pulsuz yükləyə bilər. Bundan başqa, “NFC” modullu bütün "AT&T”, “Verizon” və “T-Mobile” operatorlarının qurğularında proqram əvvəlcədən quraşdırılacaq, - "4PDA”  yazır.




11/09/15    Çap et