Kuba nanotexnologiyaları inkişaf etdirəcək
Kuba 2016-cı ildə nanoelmlərin inkişafı üzrə perspektivli tədqiqatlar mərkəzi açmaq niyyətindədir. Yeni müəssisənin əməkdaşları diqqəti həyat elmlərinə yönəldəcək, nanobiotexnologiyalar və tibb prioritet istiqamətlər olacaq.
Ölkə mərkəzin köməyi ilə sürətlə inkişaf edən dünya nanotexnologiyalar bazarında öz yerini tutmaq istəyir. Mütəxəssislərin fikrincə, çoxprofilli müəssisələrin yaradılması elmi tərəqqiyə xidmət edəcək. Kuba rəhbərliyi həmçinin mərkəzi beynəlxalq səviyyəli təsisata çevirmək və ona həm respublika daxilində, həm də regionda, xüsusilə Cənubi Amerika üçün kadrların hazırlanmasında tələbatın olmasına şərait yaratmaq niyyətindədir.
Mərkəz 10 ha ərazidə Havananın qərb hissəsində məşhur Havana İnformasiya Elmləri Universitetinin 3 kilometrliyində yerləşəcək. Yeni elmi-tədqiqat müəssisəsi kompüter modelləşdirməsi, nanokimya və nanobiologiyanın tədqiqi, molekulyar bioloji sistemlərin tərtibi üzrə bir sıra laboratoriyaları özündə birləşdirəcək, -
“TASS” yazır.