Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Sosial müdafiə sahəsi üzrə elektron xidmətlər aktual olub


“Elektron hökumət” portalında sosial müdafiə sahəsi üzrə elektron xidmətlər istifadə statistikasına görə ənənəvi olaraq ön sıralarda durur.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, avqust ayında Dövlət Sosial Müdafiə Fondunun e-xidmətlərindən 215419 dəfə istifadə edilib.
 
Fondun 12 e-xidməti “Elektron hökumət” portalına inteqrasiya olunub.
 
Ötən ay Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) elektron xidmətlərinə də tələbat yüksək olub.  Belə ki, bir ayda ƏƏSMN-in xidmətlərinə 151946 dəfə müraciət olunub.
 
Hazırda nazirliyin də 12 e-xidməti “Elektron hökumət” portalında istifadədir.
 
CAHANGİR
 
 




11/09/15    Çap et