Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Lənkəranda ilk turizm informasiya köşkü yaradılacaq
Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi Turizm İnformasiya Mərkəzlərinin işinin təkmilləşdirilməsi məqsədi ilə, mərkəzin əsas ofisi saxlanılmaqla, turistlərin daha çox olduğu ərazilərdə turizm informasiya köşklərini quraşdırmağı planlaşdırır.
“ICTnews” elektron xəbər xidmətinin məlumatına əsasən, Mədəniyyət və Turizm Nazirliyi ilk belə bir layihəni Lənkəran Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Lənkəran şəhərində həyata keçirməyə hazırlaşır. Bu layihə uğurla həyata keçirildikdən sonra Azərbaycanın digər turizm bölgələrində turistlərin daha çox səfər etdikləri ərazilərdə Turizm İnformasiya Mərkəzlərinin köşklərinin quraşdırılması nəzərdə tutulur.
Hazırda ölkənin regional şəhər və rayonları üzrə ümumilikdə 15 mərkəz (Naxçıvan, Xaçmaz, Quba, Şamaxı, Zaqatala, Qəbələ, İsmayıllı, Bərdə, Qusar, Gəncə, Şəki və Lənkəran, Mingəçevir, Şəmkir) fəaliyyət göstərir.
Aynur Vəliyeva
11/09/15 Çap et