Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayış alanların sayı çoxalıb


Avqust ayında vətəndaşlar “Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi” elektron xidmətindən 13415 dəfə faydalanıb.
 
“ICTnews” elektron xəbər xidmətinin xəbərinə görə, bu barədə “Elektron hökumət” bülleteninin sentyabr buraxılışında məlumat verilib.
 
Ötən ay sözügedən xidmətdən istifadə sayı iyul ayındakından 1482 ədəd və ya 12 faiz çox olub.
 
Hazırda vətəndaşlar 20-ə yaxın bank və bir neçə kredit təşkilatının qoşulduğu bu xidmətdən istifadə edərək kredit almaq və digər məsələlər üçün özlərinə aid fərdi məlumatlar üzrə elektron arayışı formalaşdıra bilirlər.
 
CAHANGİR




11/09/15    Çap et