Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2020-ci ilə “5G” texnologiyası işə salına bilər


Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) 2020-ci ildə yeni nəsil "5G" rabitəsini kommersiyalaşdırmağı planlaşdırır. Bu haqda "Juniper Research" agentliyinin tədqiqatına istinadən "RBK" məlumat verib.
 
Hesab edilir ki, yeni şəbəkə 6-100 QHs tezliklərində saniyədə 10 Qbit sürəti ilə işləyəcək ki, bu da siqnalın keyfiyyətini və buraxılış qabiliyyətini yüksəltməyə imkan verəcək. "Juniper Research"in məlumatına görə, yalnız smartfon deyil, həm də sadə telefonlar "5G" şəbəkəsinə qoşula biləcəklər.
 
Ekspertlər iddia edirlər ki, qabaqcıl texnologiya insanları "Əşyaların interneti" konsepsiyasına yaxınlaşdıracaq: daxili ötürücülər sayəsində istənilən qurğu bir-birinə məlumatları ötürə bilər.
 
"ICTnews.az" saytı "therunet.com" saytına istinadən yazır ki, "Juniper Research" agentliyinin məlumatına görə, 2025-ci ilə yeni şəbəkənin aktiv abunəçilərinin sayı 240 milyona yaxınlaşacaq və operatorların gəliri 65 milyard dolları ötəcək.
 
Qeyd edək, cari ilin sentyabrında ABŞ-ın "Verizon" və Cənubi Koreyanın "KT" rabitə operatorları "5G" texnologiyasını sınaqdan keçirmək niyyəti haqda bildiriblər.
 
Emil Hüseynov




12/09/15    Çap et