Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Bir ayda uşağın anadan olmasına görə müavinətlə bağlı elektron qaydada təqdim olunan haqq-hesab cədvəllərinin sayı 37 mini ötüb
“Elektron hökumət” bülleteninin növbəti sayında avqustda uşağın anadan olmasına görə müavinətlə bağlı təqdim olunan haqq-hesab cədvəllərinin sayı açıqlanıb.
Ötən ay “Elektron hökumət” portalı üzərindən 37110 uşağın anadan olmasına görə müavinətlə bağlı haqq-hesab cədvəli təqdim olunub.
E-xidmət vasitəsi ilə uşağın anadan olmasına görə müavinətlə bağlı haqq-hesab cədvəlləri elektron formada doldurularaq Dövlət Sosial Müdafiə Fondunun departamentləri, rayon şöbələri, Naxçıvan Muxtar Respublikası DSMF-nin rayon şöbələrinə verilir.
Xidmətin icra müddəti 5 gün təşkil edir.
CAHANGİR
12/09/15 Çap et