Çin eksperimental telekommunikasiya peyki buraxıb
Çin eksperimental telekommunikasiya peykini uğurla orbitə buraxıb.
Peykdən genişzolaqlı rabitə texnologiyasının “Ka” diapazonunda sınaqlarının keçirilməsi üçün istifadəsi planlaşdırılır.
Peyk “Changzheng 3B” raketdaşıyıcısı ilə yerli vaxtla saat 11:42-də Sıçuan əyalətinin cənub-qərbində yerləşən Siçan kosmodromundan buraxılıb.
“Ka” diapazonu 26,5-40 QHs tezliklərində elektromaqnit dalğalarını əhatə edir. Diapazondan əsasən peyk radiorabitəsi və radiolokasiyası üçün istifadə edilir, -
“TASS” yazır.