Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Avropa ölkələrinin sakinləri ilə müqayisədə amerikalılar televizora daha çox baxır


«IHS Technology» şirkətinin tədqiqatına əsasən, 2014-cü ildə amerikalılar gündə orta hesabla 531 dəqiqə (təxminən 6 saat) televiziya proqramlarını izləməyə sərf ediblər ki, bu da istənilən Avropa regionu ilə müqayisədə yüksək göstəricidir.
 
 
"Amerikalılar planetin başqa regionlarının sakinləri ilə müqayisədə televiziyadan başqa cür istifadə edirlər. Avropalılar musiqi dinləmək üçün radionu qoşduğu halda, Amerikada bunun üçün televiziyadan istifadə olunur" - «IHS Technology» şirkətinin analitiki Den Krian izah edir.
 
 
«ICTnews.az» saytı «cableman.ru» saytına istinadən yazır ki, ənənəvi televiziya amerikalıların həyatında önəmli yer tutur, ancaq alternativ məzmun istehlakı modellərinə görə onun vəziyyəti getdikcə pisləşir.
 
 
Avropalı istehlakçıya gəlincə, 2014-cü ildə italiyalılar gündə təxminən 4 saat 20 dəqiqə televiziya proqramlarını izləyiblər. 2014-cü ildə britaniyalılar əvvəlki illərlə müqayisədə televizora az baxıblar. Bu ölkədə ötən il bütün platformalarda televiziya baxışının orta vaxtı 14 dəqiqə azalaraq gündə təxminən 3 saat təşkil edir. Fransızlar gündə orta hesabla 216 dəqiqə televizora baxıblar ki, bu da 2013-cü illə müqayisədə 10 dəqiqə azdır, amma 2010-cu illə müqayisədə çoxdur. İspanlar televizora gündə orta hesabla 242 dəqiqə sərf edirlər.
 
 
Emil Hüseynov




14/09/15    Çap et