Bir sıra ölkələrin bazarlarında azalma dünya reklam bazarının artımını zəiflədəcək
"Publicis" şirkətinə məxsus "Zenith Optimedia" agentliyi 2015-ci ildə dünya reklam bazarının artımı üzrə proqnozu 0,2 faiz - 4 faizədək azaldıb.
Bildirilir ki, dünya reklam sahəsi bundan sonra inkişaf etməkdə olan ölkələrə güvənə bilməz və Şimali Amerika, Avropa və Yaponiyanın bazarın ümumi artımına yeni bazarlarla müqayisədə 2006-cı ildən bəri ilk dəfə olaraq böyük töhfə verəcəkləri gözlənilir. 2016-cı ildə reklam xərclərinin artımı Braziliyada keçiriləcək Olimpiya Oyunları və ABŞ-da prezident seçkiləri sayəsində 5 faiz səviyyəsində proqnozlaşdırılır.
Növbəti ildə mobil reklam da gəlirlərin həcminə görə ilk dəfə qəzet reklamını üstələyərək (11,9 faiz) bütün reklam xərclərinin 12,4 faizini təşkil edəcək, -
"Qazeta" yazır.