Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Havanada nanotexnologiyalar üzrə beynəlxalq seminar keçirilir


Bazar ertəsi Kubanın paytaxtı Havanda açılan V nanoelmlər və nanotexnologiyalar üzrə beynəlxalq seminarda dünyanın onlarla ölkəsindən 50 mütəxəssis iştirak edir.   
 
ABŞ, Kanada, Avstriya, İspaniya, Meksika, Almaniya, Fransa, Cənubi Koreya, Argentina və digər ölkələrin mütəxəssislərinin iştirak etdiyi forumda bionanotexnologiyalar, nanotibb, nanomateriallar, onların əldə edilməsi və tətbiqi, eləcə də nanotexnologiyaların ictimaiyyət tərəfindən mənimsənilməsi məsələləri müzakirə olunur.
 
Qabaqcıl Tədqiqatlar Mərkəzi və Kuba Dövlət Şurası tərəfindən təşkil edilən görüş sentyabrın 18-də başa çatacaq.
 
Havanada ilk belə forum 2007-ci ildə keçirilib, - “TASS yazır.




15/09/15    Çap et