Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İcazələrin informasiya portalı istifadəçilərinin sayı 390 mini ötüb


İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən yaradılmış icazələrin informasiya portalının  xidmətlərindən avqust ayında 6800-dən çox, indiyədək isə 390 mindən çox internet istifadəçisi yararlanıb.
 
Nazirlikdən verilən məlumata görə, avqust ayında portala yerli istifadəçilərlə yanaşı, xarici ölkələrdən, o cümlədən ABŞ, Türkiyə, Polşa, Almaniya, Lüksemburq, Ukrayna və Gürcüstandan olan istifadəçilər də müraciət ediblər.
 
İndiyədək 20 dövlət qurumunun 159 qanunvericilik aktlarının layihəsi də ictimai müzakirə üçün icazələrin elektron informasiya portalında yerləşdirilib.
 
Hazırda 5 qanunvericilik aktının layihəsi icazələrin elektron informasiya portalında yerləşdirilib və bir ay müddətində ictimai müzakirə üçün portalda saxlanılacaq.
 
Qeyd edək ki, portal icazəverici sənədlər və onların alınması prosedurları barədə ölkə vətəndaşlarının, eləcə də sahibkarların məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədi ilə yaradılıb.
 
CAHANGİR




15/09/15    Çap et