Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnternet televiziyanı məhv edir


“Moffett Nathanson Research” şirkətinin analitiki və media bazarı üzrə mütəxəssis Maykl Natanson öz yeni tədqiqatında iddia edir ki, internet reklam bazarının artımı ənənəvi televiziya və başqa KİV-in hesabına qeydə alınır.

Onun proqnozuna əsasən, 2020-ci ilə televiziyada reklam gəlirlərinin həcmi daha 3 faiz azalacaq.
 
O, həmçinin yazır ki, 2017-ci ilə “Google” və “Facebook”un rəhbərlik etdiyi internet reklam bazarı həcminə görə televiziya reklam bazarını ötəcək.
 
“ICTnews.az” saytı “telekomza.ru” saytına istinadən yazır ki, hesabatda qeyd edilib ki, yaxın 5 ildə internet reklam bazarının həcmi hər il 12 faiz artacaq. Reklamların əksəriyyəti videoçarx və sosial şəbəkələrdə yerləşdiriləcək.
 
 Natansonun qiymətləndirməsinə görə, 2020-ci ildə yalnız ABŞ-da rəqəmli reklam bazarının həcmi 100,6 milyard məbləğində olacaq. 2014-cü ildə bu göstərici 49.5 milyard dollar təşkil edib.
 
"Görünən odur ki, televiziya artıq öz əvvəlki mövqeyini itirir və bundan sonra da rəqəmli mediaya uduzacaq" – analitik yazıb.
 
Emil Hüseynov
 




15/09/15    Çap et