Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Hərbçilərimizə “İnformasiya əməliyyatları doktrinası” və “İnformasiyanın təhlili” mövzuları üzrə təlimlər keçirilir


Bakıda "Böhranlara cavab əməliyyatlarında NATO-nun psixoloji əməliyyatları" mövzusunda təlim kursu keçirilir.
 
Müdafiə Nazirliyinin yaydığı məlumata görə, MN-in NATO ilə 2015-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən NATO-nun Brunssumda yerləşən Birləşmiş Qüvvələr Komandanlığının Mobil Təlim Qrupu tərəfindən "Böhranlara cavab əməliyyatlarında NATO-nun psixoloji əməliyyatları" mövzusunda təlimləri öz işinə başlayıb. Bu ayın 14-17 tarixlərini əhatə edəcək seminarlar Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində reallaşdırılır.
 
 
Kurs müddətində NATO-nun Mobil Təlim Qrupu tərəfindən iştirakçılara "NATO-da hərbi tərəfdaşlıq", "NATO-nun hərbi siyasəti", "Strateji kommunikasiya", "İctimai əlaqələr", "İnformasiya əməliyyatları doktrinası", "Psixoloji əməliyyatlar", "İnformasiyanın təhlili" və s. mövzular barədə məlumatlar verilir.
 
 
 
SEYMUR




15/09/15    Çap et